satellite   Azerspace-1: 11135 H 30000

Bu il Aralıq dənizində 1000-dən çox miqrant ölüb və ya itkin düşüb

Bu il Aralıq dənizində 1000-dən çox miqrant ölüb və ya itkin düşüb

Cari ilin əvvəlindən bu vaxtadək Aralıq dənizində 1024 mühacir ölüb və ya itkin düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin əvvəlindən avqustun 17-dək Mərkəzi Aralıq dənizi marşrutu üzrə 421 qanunsuz miqrant boğularaq ölüb, 603 nəfər isə itkin düşüb. Hesabat dövründə 13 min 763 qanunsuz miqrant saxlanılaraq Liviyaya geri qaytarılıb. Onlardan 12 min 220-si kişi, 947-si qadın, 460-ı yetkinlik yaşına çatmayanlardır. 136 nəfər haqqında isə gender məlumatı yoxdur.

Qeyd edək ki, son illərdə on minlərlə insan daha yaxşı gələcək və təhlükəsiz həyat üçün Aralıq dənizindən keçərək “Köhnə qitəyə” üz tutmağa cəhd göstərir. Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutu hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM