satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: Hərbçilərimiz beynəlxalq hüququn yol verdiyi bölgələrdə hərəkət edir

Pentaqon: Hərbçilərimiz beynəlxalq hüququn yol verdiyi bölgələrdə hərəkət edir

ABŞ-nin “Arleigh Burke” sinfinə aid idarə olunan raketdaşıyıcı gəmisi - “USS Ralph Johnson” (DDG 114) Tayvan boğazı vasitəsilə adi keçid edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin vizual informasiya yayma xidməti məlumat yayıb.

Qeyd edilib ki, gəminin keçidi beynəlxalq hüquqa və açıq dənizdə gəmiçilik qanunlarına uyğundur.

Qurumdan bildirilib ki, məqsəd ABŞ-nin bütün ölkələr üçün gəmiçilik azadlığı prinsipinə sadiqliyini nümayiş etdirmək olub: “Beynəlxalq ictimaiyyətin heç bir üzvü öz hüquq və azadlıqlarından imtina etməyə məcbur edilməməlidir. ABŞ ordusu beynəlxalq hüququn icazə verdiyi yerdə uçur, yelkən açır və fəaliyyət göstərir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM