satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda havanın çirklənmə səviyyəsi müvafiq normanı ötüb

Ermənistanda havanın çirklənmə səviyyəsi müvafiq normanı ötüb

Ermənistanın paytaxtı İrəvanın bəzi rayonlarında bir neçə gün ərzində havanın çirklənməsinin səviyyəsi yol verilən normanı keçib.

Naxçıvan televiziyası yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.

"Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun konsentrasiyası icazə verilən normanı keçib", - məlumatda deyilir.

O da qeyd olunur ki, avqustun 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd qazının konsentrasiyası da normadan artıq olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM