satellite   Azerspace-1: 11135 H 30000

Putin Paşinyanla Azərbaycana son səfərini müzakirə edib

Putin Paşinyanla Azərbaycana son səfərini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya lideri ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və N.Paşinyan buna görə V.Putinə təşəkkür edib”, - məlumatda qeyd olunub.

N.Paşinyan ikitərəfli gündəliyə dair məsələləri müzakirə etmək üçün gələcəkdə V.Putinlə görüşün keçirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM