KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.

"Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi məsələsində dəstəyini ifadə edəcək. O, həmçinin Suriyanın bərpası üçün sistemli və ardıcıl tədbirlərin görülməsi və onların həyata keçirilməsi tempinin azaldılmamasının vacibliyini qeyd edəcək", - mənbə bildirib.

Bundan əlavə, Türkiyənin XİN başçısı Suriyanın bərpası məqsədinə nail olmağın mühüm elementi kimi ərəb respublikasının "ərazi bütövlüyü və birliyi prinsipinə riayət edilməsini" təsdiqləmək niyyətindədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM