satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbçilərin məzarlarından oğurluq edənlərə cinayət işi açılıb

Ermənistanda hərbçilərin məzarlarından oğurluq edənlərə cinayət işi açılıb

Ermənistanda İrəvan Məhkəməsinə Yerablur hərbi qəbiristanlığında məzarların güllərini oğurlayan üç nəfərin həbsinə dair vəsatət təqdim edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Daha əvvəl “Armlur.am” nəşri bildirib ki, bu işlə əlaqədar artıq iki nəfər həbs edilib. Həbs edilənlər istintaqa bildiriblər ki, məzarlar üzərində təzə güllər axtarıblar və sonra onları gül dükanlarına sataraq pul qazanıblar.

Həmin şəxslər barəsində cinayət işi başlanıb.

İlkin araşdırma davam edir.

Xatırladaq ki, yanvarın 5-də sosial şəbəkələrdə hərbi məzarlıqda güllərin oğurlandığını əks etdirən video yayılıb. Hərbi polis həmin şəxslərin kimliyini müəyyən edib və saxlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM