Türkiyə Ordusu İraqın şimalında növbəti əməliyyat keçirib.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Hakurk, Metina və Qara bölgələrində müəyyən edilən 11 PKK terrorçusu öldürülüb.
