Livanın Baş naziri 15 ildən sonra ilk dəfə Suriyaya rəsmi səfər edib

Livanın Baş naziri 15 ildən sonra ilk dəfə Suriyaya rəsmi səfər edib

Livanın Baş naziri Nəcib Mikati Suriyaya səfər edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bu, 2010-cu ildən bəri Livan hökumət başçısının Dəməşqə ilk rəsmi səfəridir.

Telekanalın məlumatına görə, N.Mikatinin yeni Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şaraa ilə danışıqları başlayıb.

Qeyd olunub ki, nümayəndə heyətinin Dəməşqə səfəri ilə bağlı qərar yanvarın 7-də Livan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM