satellite   Azerspace-1: 11135 H 30000

Lloyd Ostin ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib

Lloyd Ostin ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin yaxın bir neçə ildə müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib.

Naxçıvan televiziyası Bloomberg agentliyinə istinadla xəbər verir ki, Pentaqonun rəhbəri müvafiq tövsiyəni Ağ evin idarəetmə və büdcə ofisinə göndərdiyi məktubunda yazıb.

Sənədə əsasən, Lloyd Ostin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına müdafiə xərclərini artırmaq üçün beşillik plan təklif edib. O, məktubunda 2026-cı maliyyə ilində müdafiə ehtiyacları üçün əvvəllər planlaşdırılan 876,8 milyard dollar əvəzinə 926,5 milyard dollar ayrılmasını məqsədəuyğun saydığını bildirib. Pentaqon rəhbərinin planına əsasən, 2027-ci maliyyə ilində müdafiə xərcləri 1 trilyon dolları keçməlidir.

Müdafiə naziri əsasən də Çinlə ittifaqların möhkəmləndirilməsi ilə bağlı müddəaların həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden dekabrda ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM