satellite   Azerspace-1: 11135 H 30000

Kreml: Rusiya ABŞ-nin neft-qaz sektoruna qarşı sanksiyalarının təsirini minimuma endirməyə çalışacaq

Kreml: Rusiya ABŞ-nin neft-qaz sektoruna qarşı sanksiyalarının təsirini minimuma endirməyə çalışacaq

Rusiya ABŞ-nin ölkənin neft-qaz sektoruna qarşı sanksiyalarının nəticələrini minimuma endirmək üçün yollar axtaracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Müasir dünyada vəziyyət dəfələrlə göstərib ki, enerji daşıyıcılarının təbii təchizat marşrutlarını sadəcə kəsmək mümkün deyil. Bir yerdə nəyisə bağlayanda, başqa yerdə alternativ variant yaranır. Sanksiyaların nəticələrini minimuma endirməyə imkan verəcək belə variantların axtarışı aparılacaq", - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM