satellite   Azerspace-1: 11135 H 30000

Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar

Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar

Rusiya Prezidenti Vladimir Putin və bu ölkəyə rəsmi səfər edəcək İran Prezidenti Məsud Pezeşkian arasında danışıqlar yanvarın 17-də keçiriləcək.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"İkitərəfli əməkdaşlığın, o cümlədən ticari-investisiya, nəqliyyat-logistika və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.

Danışıqların sonunda Putin və Pezeşkian Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq və mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM