satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentinin deputatı yol qəzasında ölüb

Ermənistan parlamentinin deputatı yol qəzasında ölüb

Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Mher Saakyan yol-nəqliyyat hadisəsində həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" DİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

shamshyan.com kriminal xronika saytının məlumatına görə, deputat bazar günündən axtarışda idi. Qurumun məlumatına görə, 37 yaşlı M.Saakyanın meyiti bu gün Ararat vilayətinin Tiqranaşen kəndi yaxınlığında avtomobilin içində aşkarlanıb.

İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM