satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna 200 PUA və 15 ATACMS raketləri ilə Rusiyanın bir neçə şəhərinə zərbələr endirib

Ukrayna 200 PUA və 15 ATACMS raketləri ilə Rusiyanın bir neçə şəhərinə zərbələr endirib

Ukrayna ordusu gecə boyunca Rusiyanın bir neçə regionuna ümumilikdə 200 ədəd PUA (pilotsuz uçuş aparatı) və ABŞ istehsalı olan 15 ədəd “yer-yer” tipli ATACMS raketlərinin köməyilə zərbələr endirib.

Naxçıvan televiziyası “lenta.ru”ya istinadən xəbər verir ki, ölkənin əsasən Tula vilayəti və Kazan şəhəri hücuma məruz qalıb.

Nəticədə Kazanda yerləşən kimyəvi məhsullar istehsal edən zavodda partlayış baş verib. Hadisə zamanı üç ədəd yanacaq çəni alovlanıb.

“Shot” teleqram kanalı isə Rostov, Tambov və Voronej vilayətlərində silsilə partlayışların baş verdiyini xəbər verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM