satellite   Azerspace-1: 11135 H 30000

Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək

Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək.

Naxçıvan televiziyası Ermənistan mətbuatına istinadən xəbər verir ki, belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.

O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var.

"Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", - Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM