satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov Ermənistana Aİ-yə qoşulmaqla bağlı qərarını hərtərəfli ölçüb-biçməyi məsləhət görüb

Sergey Lavrov Ermənistana Aİ-yə qoşulmaqla bağlı qərarını hərtərəfli ölçüb-biçməyi məsləhət görüb

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi ölkənin suveren qərarıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya diplomatiyasının rəhbəri İrəvana bu məsələni hərtərəfli ölçüb-biçməyi tövsiyə edib.

"Ermənistan hökuməti istənilən beynəlxalq ittifaqa qoşulmaqla bağlı qərar vermək hüququna malikdir. Lakin o bunu ciddi şəkildə ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır", - siyasətçi bildirib.

Onun sözlərinə görə, Ermənistan eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İtaliyada zəlzələ olub

14:15 09.07.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM