satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb

Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələləri həll etmək üçün ikitərəfli işçi qrupu yaradıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

RF diplomatiyasının rəhbəri qeyd edib ki, tərəflər işçi qrupunu beştərəfli formata keçirməyi planlaşdırır. Lavrov əlavə edib: “İndi ikitərəfli işçi qrupu yaratmışıq və Xəzəryanı dövlətlərin hamısının bu işdə iştirak etməsi üçün onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik. Sözsüz ki, biz beynəlxalq arenada da əməkdaşlıq edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM