satellite   Azerspace-1: 11135 H 30000

Yaşar Əliyev Quterreşlə görüşüb

Yaşar Əliyev Quterreşlə görüşüb

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

“BMT-nin mənzil-qərargahında Baş katib Antonio Quterreş ilə səfir Yaşar Əliyevin vida görüşü səmimi və mehriban şəraitdə keçib. Söhbət zamanı səfir Əliyevin çoxtərəfli diplomatiyaya və BMT dəyərlərinin təşviqinə töhfələri, eyni zamanda Azərbaycanın milli maraqlarının “effektiv və həvəsli” müdafiəsinin həyata keçirilməsi vurğulanıb”, – məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM