satellite   Azerspace-1: 11135 H 30000

Los-Ancelesdə meşə yanğınları fonunda üç şübhəli şəxs saxlanılıb

Los-Ancelesdə meşə yanğınları fonunda üç şübhəli şəxs saxlanılıb

Los-Anceles dairəsinin polisi Kaliforniya ştatında iki həftədir davam edən yanğınlar fonunda üç nəfəri yanğın törətməkdə şübhəli bilərək saxlayıb.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadən xəbər verir ki, bunu dairə polis departamentinin rəhbəri Cim Makdonnell bildirib.

"Bazar günü gecə Şimali Hollivud rayonunda zabitlərimiz yanğın törətməyə cəhd edən şübhəli şəxsin aşkar edilməsi ilə bağlı çağırışa cavab veriblər... Daha iki nəfər bazar ertəsi saxlanılıb", - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğınlar hesab edilir. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Ən azı 24 nəfər həlak olub, məşhurların evləri də daxil olmaqla 12,3 mindən çox tikili məhv olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM