satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyib

Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyib

Ermənistan parlamentinin İqtisadi məsələlər üzrə komissiyası Ermənistan və ABŞ hökumətləri arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin ratifikasiyası barədə qanun layihəsini təsdiqləyib.

Naxçıvan televiziyası Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Rafael Gevorqyan bildirib.

Komissiyanın iclası yanvarın 15-də keçirilib.

R.Gevorqyanın sözlərinə görə, saziş çərçivəsində gömrük işi ilə bağlı sahələrdə qarşılıqlı inzibati yardımın göstərilməsi üçün məlumat mübadiləsi protokollarının sadələşdirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM