satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze Gürcüstanın sabiq Baş nazirini faşist adlandırıb

İrakli Kobaxidze Gürcüstanın sabiq Baş nazirini faşist adlandırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabiq baş nazir Qiorqi Qaxariyanın Batumidə döyülməsi hadisəsinə münasibət bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, İrakli Kobaxidze baş verən hadisələrdə məhz Qaxariyanın özünün günahkar olduğunu bildirib.

Onun sözlərinə görə, sabiq baş nazir Q.Qaxariya şiddətli qarşıdurmaya başlayıb və təbii ki, onun hərəkəti cavabsız qalmayıb.

“Sən faşistsən, casussan, ifşa olunanda özünlə üz-üzə gəlməlisən. Qaxariya bunu gözləyə bilməyib və cavabını alıb. Bu, təəssüf doğuran hadisədir, amma təbii, başadüşülən şəkildə buna reaksiya da oldu. Bir daha təkrar edirəm, casus olanda, nasist olanda səbirli olmağa borclusan”, - deyə, Kobaxidze vurğulayıb.

Qeyd edək ki “Qaxariya Gürcüstan Üçün” Partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxariya Batumidə hücuma məruz qalıb. Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM