satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi: COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir

BMT-nin Baş katibi: COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2025-ci il üçün prioritetlərindən danışarkən Baş Assambleyaya müraciətində bildirib.

"Karbon emissiyalarının qiymətləndirilməsinin tətbiqinə və qalıq yanacaq subsidiyalarının azaldılmasına kömək edəcəyik. Biz COP29 (Azərbaycan) və COP30 (Braziliya) sədrliklərinə, COP29-da razılaşdırıldığı kimi, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləmək üçün lazım olan ildə 1,3 trilyon ABŞ dolları vəsaitin səfərbər edilməsi ilə bağlı etibarlı “yol xəritəsi”nin hazırlanmasında dəstək verəcəyik", - BMT Baş katibi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM