satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş prezidenti Petro Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Naxçıvan televiziyası Ukrayna KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu gün müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Poroşenkoya qarşı sanksiyalar müddətsiz tətbiq olunur, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq.

Sanksiya siyahısında Poroşenkodan başqa İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və Viktor Medvedçukun adları da yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM