satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ötən gün baş tutmuş telefon danışığı zamanı köməkçilərinə onların görüşünün hazırlanmasına dərhal başlamağı tapşırmaqla bağlı razılığa gəliblər.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Dövlət başçıları dünən telefon danışığı zamanı həm şəxsi təmasların davam etdirilməsi və ayrıca görüşün təşkili, həm də köməkçilərə müvafiq hazırlığa başlamaları ilə bağlı dərhal tapşırıqların verilməsi barədə razılığa gəliblər ", - o qeyd edib.

D.Peskov, həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb, bununla belə Moskva onları qanunsuz hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM