satellite   Azerspace-1: 11135 H 30000

Tramp: “Tesla”ya hücumların arxasında Sorosun ola biləcəyinə inanıram

Tramp: “Tesla”ya hücumların arxasında Sorosun ola biləcəyinə inanıram

ABŞ-də “Tesla”ya qarşı artan hücumların maliyyələşdirilməsinin arxasında sahibkar Corc Soros və digər liberal milyarderlər dayana bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mühafizəkar “Newsmax” telekanalına müsahibəsində deyib.

Jurnalistlərdən birinin Soros və Demokratlar Partiyasına yaxın olan digər milyarderlərin İlon Maskın “Tesla”sına edilən hücumlarda əli olub-olmaması ilə bağlı sualına cavabında Tramp vurğulayıb:

“Bu iş adamlarından bəziləri mənə qarşı məhkəmə çəkişmələrində iştirak ediblər və yəqin ki, bu işdə də əlləri var. Bilirsiniz, İlon Mask həqiqətən yaxşı iş görüb. O, böyük sui-istifadələri, fırıldaqları və yanlış idarəetməni elə miqyasda ifşa edib. İnsanlar hətta işə gəlməyiblər, amma maaş alıblar. O qədər çoxdur ki, hamısını sadalaya bilmirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM