satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

NTV "Haberglobal"a istinadən xəbər verir ki, Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaş, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM