Almaniyanın şimalında Timmendorfer-Ştrand icmasının (Şlezviq-Holşteyn federal torpağı) liman ərazisində partlayış baş verib.
NTV xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, partlayışa səbəb qaz balonunun partlaması olub.
Məlumata görə, 10-a yaxın şəxs xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.
