satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib 28.10.2026 [14:27] Çap et A+ A- - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib 28.10.2026 [14:27] Çap et  A+ A-<font color=red> - FOTOLAR</font> Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib 28.10.2026 [14:27] Çap et  A+ A-<font color=red> - FOTOLAR</font> Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib 28.10.2026 [14:27] Çap et  A+ A-<font color=red> - FOTOLAR</font> Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib 28.10.2026 [14:27] Çap et  A+ A-<font color=red> - FOTOLAR</font>

Azərbaycan nümayəndə heyətinin Keniyanın Mombasa şəhərində keçirilən 7-ci İnnovasiya Həftəsində iştirakı iki ölkə arasında gənclər, təhsil və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə verilən önəmi əks etdirir.

NTV xəbər verir ki, Keniyada təhsil və gənclərin inkişafı layihələrinə dəstək verən Almaniya, Fransa və Niderlandın bu ölkədəki səfirlərinin də dəvət olunduğu İnnovasiya Həftəsinin açılış mərasimində çıxış edən Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu məqamı xüsusi vurğulayıb.

Səfir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ciddi çətinliklərə baxmayaraq, əldə etdiyi mühüm nailiyyətlərdən, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Keniya ilə Azərbaycan arasında dinamik inkişaf edən əlaqələrdə təhsil və mədəniyyət təşəbbüsləri vasitəsilə əldə olunan irəliləyişləri yüksək qiymətləndirib. Sultan Hacıyev tədbirdən bir gün əvvəl Mombasadakı “Fort Jesus” Dünya İrsi Kompleksində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı ilə əlaqədar keçirilən tədbir və görüşlər barədə də danışıb. Səfir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində hər il keniyalı, o cümlədən mombasalı tələbələrin Azərbaycanda tam təqaüdlə ali təhsil almaq imkanı əldə etdiklərini diqqətə çatdırıb. O, həmçinin bu aydan etibarən Azərbaycan DillərUniversitetində suahili dilinin keniyalı müəllim tərəfindən tədris olunmağa başladığını bildirib.

Tədbirdə “İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:09 28.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM