satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Azərbaycan qarşıdakı onillikdə beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər. Proqnozlara əsasən, 2036-cı ilədək ölkədə xarici turistlərin gecələmələrinin sayının 116 faiz artacağı gözlənilir.

NTV  xəbər verir ki, Rumıniyanın “Afaceri.news” və “Mediafax” nəşrləri Avropanın turizm sənayesinin inkişaf perspektivləri ilə bağlı yeni beynəlxalq araşdırmanın nəticələrini işıqlandırıb.

“Accor” mehmanxanalar qrupu tərəfindən sifariş edilmiş və “Tourism Economics” şirkətinin proqnozlarına əsaslanan “2036-cı ilədək Avropanın turizm xəritəsinin dəyişən siması” adlı hesabatda bildirilir ki, Azərbaycan xarici turistlərin gecələmələrinin artım tempinə görə, xüsusilə yüksək potensiala malik ölkələr sırasındadır.

Araşdırmaya əsasən, 2026–2036-cı illərdə Azərbaycanda bu göstəricinin 116, Latviyada 83, Rumıniyada 82, Macarıstanda 80, Kiprdə 75, Litvada 72, Xorvatiyada isə 68 faiz artacağı proqnozlaşdırılır.

Hesabatda diqqətə çatdırılır ki, Avropa növbəti onillikdə də dünya turizm sənayesinin əsas mərkəzi olaraq qalacaq. Qitədə turistlərin yerləşdirilməsi xidmətlərinə tələbatın 32 faiz artacağı və bunun nəticəsində illik gecələmələrin sayına əlavə 1,6 milyard gecələmənin daxil olacağı gözlənilir.

Beynəlxalq turistlərin gecələmələrinin 42, daxili turizm üzrə isə 24 faiz artacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropaya Yaxın Şərqdən gələn turistlərin sayında 93, Asiya regionundan gələnlərdə isə 88 faiz artım gözlənilir.

Araşdırmada bildirilir ki, 2025-ci ildə Avropa 810 milyon beynəlxalq turist qəbul edib. Bu, dünya üzrə beynəlxalq turist axınının 53 faizinə bərabər olub. Turizmdən əldə olunan gəlirlər isə 700 milyard avronu ötüb.

Proqnozlara görə, Avropaya gələn xarici turistlərin ümumi xərcləri 2026-cı ildəki 825 milyard avrodan 2036-cı ildə 1,3 trilyon avrodan çox səviyyəyə yüksələcək.

Ekspertlər hesab edirlər ki, nəqliyyat əlaqələrinin yaxşılaşması, turizm infrastrukturuna investisiyalar, yeni istiqamətlərə marağın artması və beynəlxalq səyahət imkanlarının genişlənməsi Avropanın turizm bazarında mühüm dəyişikliklər yaradacaq.

Qeyd edək ki, hesabat 47 Avropa ölkəsi üzrə turizm tələbatının 2026–2036-cı illər üçün proqnozlarını əhatə edir. Göstərilən rəqəmlər faktiki nəticələr deyil, gələcək inkişafla bağlı hesablamalardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM