satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq

Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə faydalı qazıntılar sahəsində əməkdaşlığa dair sazişin bərabərhüquqlu olduğunu və yaxın vaxtlarda ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim ediləcəyini bildirib.

NTV "Unian"a istinadən xəbər verir ki, Zelenski bunu axşam video-müraciətində deyib.

“Razılaşma əldə olunub, imzalanıb və ratifikasiya üçün Ali Radaya göndəriləcək. Biz maraqlıyıq ki, bu sənədlə bağlı heç bir yubadılma olmasın”, – ölkə lideri qeyd edib.

Dövlət başçısı saziş üzərində çalışan hökumət komandasını təqdir edib və qeyd edib ki, sənəd hazırlanma prosesində əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, indi bu, doğrudan da bərabərhüquqlu bir razılaşmadır və Ukraynaya mühüm investisiyaların cəlb olunmasına, eləcə də ölkədə istehsalat sahələrinin ciddi şəkildə modernləşdirilməsinə imkan yaradır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM