satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Dövlət Dumasında miqrantların tibbi arayış olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edilib

Rusiya Dövlət Dumasında miqrantların tibbi arayış olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edilib

Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinənin tətbiq olunmasını təklif edib.

NTV AZƏRTAC-a istinadən xəbər verir ki, bu təşəbbüsə əsasən, miqrantlar sərhədi keçərkən İİV (QİÇS), Hepatit B və C, sifilis və vərəm xəstəliklərinin olmamasını təsdiqləyən son on gündə verilmiş tibbi arayış təqdim etməlidirlər.

Bundan əlavə, xarici vətəndaşların üzərilərində tibbi sığorta daşımaları da məcburi olacaq.

Hazırda miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçirlər. Rusiyada 90 gündən artıq qalan əcnəbilər üçün bu müayinə üç ay ərzində aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM