satellite   Azerspace-1: 11135 H 30000

Putin: Rusiya ilə Azərbaycan arasında dostluq müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq

Putin: Rusiya ilə Azərbaycan arasında dostluq müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq

Putin: Rusiya ilə Azərbaycan arasında dostluq müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq

Vladimir Putin

Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu yubiley tarixini qeyd edən ölkələrimizin vətəndaşları döyüş meydanlarında və arxa cəbhədə öz güclərini və həyatlarını əsirgəmədən nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər.

NTV xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Vladimir Putin qeyd edib: “Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”.

“Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”, - Rusiya Prezidenti bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM