satellite   Azerspace-1: 11135 H 30000

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

Fransada “Lacrymo de sang” adlı vətəndaş təşəbbüsü gözyaşardıcı qazların qadınların ginekoloji sağlamlığına mümkün təsiri ilə bağlı elmi araşdırmanın aparılmasını tələb edir.

NTV  xəbər verir ki, məsələ bu ölkədə keçirilən etiraz aksiyalarında qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra onların səhhətində yaranan problemlərlə əlaqədar gündəmə gəlib.

Məsələnin indiyədək kifayət qədər araşdırılmadığını vurğulayan kollektiv bu hallarla gözyaşardıcı qazın təsiri arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumlarını genişmiqyaslı elmi tədqiqat aparmağa çağırıb.

Hələlik gözyaşardıcı qazlara məruzqalma ilə qeyd olunan ginekoloji problemlər arasında səbəb-nəticə əlaqəsi elmi şəkildə təsdiqlənməyib. Kollektiv bu əlaqənin araşdırılması məqsədilə zərərçəkənlərin rəylərini toplamağa davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM