satellite   Azerspace-1: 11135 H 30000

Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək

Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək

Fransada 2020-ci ilin yanvarında saxlanıldıqdan sonra həyatını itirən kuryer Sedrik Şuvianın işi üzrə 3 polisin Parisdə məhkəmə qarşısına çıxarılması gözlənilir. Lakin həm müdafiə, həm də zərərçəkmiş tərəflərin vəkilləri prosesin təxirə salınmasını tələb etməyə hazırlaşırlar.

NTV  xəbər verir ki, onlar məhkəmənin keçirilməsi üçün nəzərdə tutulan iki gün yarımlıq müddəti yetərli hesab etmirlər.

Vəkillər məhkəmə iclaslarının müddətinin artırılmasını və ya prosesin təxirə salınmasını istəyirlər. Şuvianın atası Kristian Şuvia ailənin qəzəbinin heç vaxt bitməyəcəyini bildirib. Onun qızı Sofiya isə bu işin barışıqla bitəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, 42 yaşlı Sedrik Şuvia 2020-ci il yanvarın 3-də Parisin VII rayonunda skuterlə hərəkət edərkən polis tərəfindən saxlanılıb. Gərginliyin artmasından sonra o, üzüüstə yerə uzadılıb. Bu zaman onun 13 saniyə ərzində 9 dəfə “Boğuluram” dediyi bildirilir. Özünü pis hiss edən kuryer xəstəxanaya çatdırılsa da, o 2 gün sonra vəfat edib.

İş üzrə 3 polis əməkdaşı ehtiyatsızlıqdan ölümə səbəb olmaq ittihamı ilə məhkəməyə verilib. Şuvianın ailəsi bununla razılaşmır və hadisə zamanı iştirak edən 4 polisin də mühakimə olunmasını istəyir. Müdafiə tərəfi isə polislərin çətin şəraitdə qanuni saxlanılma tədbiri həyata keçirdiklərini və kuryerin fiziki vəziyyətinin ağırlığını anlamadıqlarını bildirir.

2026-cı ilin aprelində açıqlanan qərarında Fransanın Hüquqların Müdafiəsi üzrə müvəkkili polislərin davranışını “uyğunsuz, səhlənkar və ehtiyatsız” kimi qiymətləndirib, güc tətbiqinin isə qeyri-mütənasib olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM