satellite   Azerspace-1: 11135 H 30000

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

Alimlər güclü zəlzələlərin sunamiyə necə səbəb olduğunu anlamağa kömək edə biləcək yeni dəlillər əldə ediblər. Bu, təxminən 15 milyon il əvvəl baş vermiş zəlzələnin süxurlarda qorunub saxlanılan izlərinin araşdırılması nəticəsində mümkün olub.

NTV xəbər verir ki, Osaka Metropolitan Universitetinin professoru Tetsuro Hirononun rəhbərlik etdiyi tədqiqat qrupu Yaponiyanın Boso yarımadasında qədim süxurlarda burulğanın formalarını müəyyən edib. Tədqiqatçılar hesab edirlər ki, bu formalar zəlzələ zamanı qırılma zonasında materialın maye kimi axdığını göstərir.

Alimlərin fikrincə, güclü zəlzələlər zamanı tektonik plitələrin sürətli hərəkəti süxurlar arasında sürtünmə nəticəsində böyük miqdarda istilik yarada bilər. Bu istilik qırılma zonasında süxurların məsamələrindəki suyun təzyiqini artırır. Nəticədə qırılma səthləri zəifləyir və süxurların sürüşməsi asanlaşır.

Tədqiqatçılar qədim süxurlardakı dalğalı və əyri laylanmaları, eləcə də burulğanın formalarını təhlil edərək materialın turbulent axınına məruz qaldığını müəyyənləşdiriblər. Maye dinamikasına əsaslanan təhlillər göstərib ki, yaranan istilik təzyiqi qırılma zonasındakı gilin mayeləşməsi üçün kifayət edə bilərdi.

Tədqiqatın nəticələri zəlzələlər zamanı qırılma zonalarında baş verən fiziki proseslərin daha dərindən öyrənilməsinə imkan yaradır. Alimlər əldə etdikləri məlumatları müasir qırılmaların tədqiqində tətbiq etməyi və süxurların sürüşmə miqyasını daha dəqiq qiymətləndirməyi planlaşdırırlar.

Qeyd edək ki, tədqiqat barədə “Scientific Reports” jurnalında məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM