satellite   Azerspace-1: 11135 H 30000

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

İsraildə saç düzləşdirici vasitədən istifadə edən qadın xəstəxanaya yerləşdirilib.

NTV İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi həmin məhsulla bağlı xəbərdarlıq edib. Bildirilib ki, araşdırma nəticəsində məhsulun müvafiq icazə olmadan satışa çıxarıldığı və İsraildə istifadəsi qadağan edilən qlioksilik turşusu ehtiva etdiyi müəyyənləşdirilib.

Səhiyyə Nazirliyi məhsuldan istifadəni dayandırmağa, onu almamağa və satmamağa çağırıb. Məhsuldan götürülən nümunələr laboratoriya müayinəsinə göndərilib.

Nazirlik qadağan olunmuş maddələr ehtiva edən saç düzləşdirici vasitələrin sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM