satellite   Azerspace-1: 11135 H 30000

“Microsoft” 60 mindən çox işçisinə könüllü işdən ayrılma təklif edib

“Microsoft” 60 mindən çox işçisinə könüllü işdən ayrılma təklif edib

Amerikanın “Microsoft” şirkəti xərclərin azaldılması planı çərçivəsində 60 mindən çox əməkdaşına könüllü işdən ayrılma müqabilində kompensasiya təklif edib.

NTV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, proqram ABŞ, Böyük Britaniya, Kanada və Hindistanda çalışan əməkdaşları əhatə edir. Şirkətin maliyyə bölməsi, eləcə də “Xbox”, “Windows” və “Copilot” bölmələrinin işçiləri proqramda iştirak edə bilərlər. Məlumat mərkəzləri, satış, marketinq, kibertəhlükəsizlik və kvant hesablamaları sahələrində çalışanlar isə proqramdan kənarda saxlanılır.

Hazırda “Microsoft” şirkətində 223 mindən çox əməkdaş çalışır. Könüllü işdən ayrılma proqramı işçi qüvvəsinin təxminən 27 faizini əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM