satellite   Azerspace-1: 11135 H 30000

Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb

Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə zamanı yayda hərbi əməliyyatların dayandırılmasını vaxt itkisi hesab etdiyini bildirib.

NTV xəbər verir ki, o, bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Tramp atəşkəsdən o qədər də razı qalmadığını qeyd edərək, bunun vaxt itkisi olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, atəşkəs dövründə bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verilməsi də məqsədəuyğun olmayıb.

ABŞ Prezidenti, həmçinin münaqişənin başlanması ilə bağlı danışaraq, hərbi əməliyyatların daha əvvəl həyata keçirilməli olduğunu iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM