satellite   Azerspace-1: 11135 H 30000

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci oyuna çıxıb

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci oyuna çıxıb

Misli Premyer Liqasının IX turu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

NTV  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb.

"Qartallar" "Sumqayıt"la ev matçında 3:2 hesabı ilə qalib gəlib.

2020-ci ilin iyulundan "Zirə"də işləyən R.Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə"də debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın "Qəbələ" ilə səfər matçında (1:1) gerçəkləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM