satellite   Azerspace-1: 11135 H 30000

“Financial Times”: Qara dəniz dünyanın ən təhlükəli dəniz nəqliyyatı marşrutuna çevrilib

“Financial Times”: Qara dəniz dünyanın ən təhlükəli dəniz nəqliyyatı marşrutuna çevrilib

Qara dənizdə Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurmanın intensivləşməsi beynəlxalq gəmiçilik üçün ciddi təhlükələr yaradıb. Ticarət gəmilərinə, neft tankerlərinə və liman infrastrukturuna hücumların artması nəticəsində region dünyanın ən təhlükəli dəniz nəqliyyatı marşrutlarından birinə çevrilib.

NTV xəbər verir ki, Rumıniyanın “Economedia” nəşri Britaniyanın “Financial Times” qəzetinin araşdırmasına istinadla bu barədə məlumat yayıb.

Araşdırmaya görə, 2026-cı ildə Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb, azı 40 dənizçi həyatını itirib. Müqayisə üçün, Hörmüz boğazında 24 ölüm hadisəsinin qeydə alındığı bildirilir. Təkcə iyul-sentyabr aylarında təxminən 387 gəminin hücuma məruz qaldığı qeyd olunur.

Hücumlar əsasən pilotsuz uçuş aparatları, raketlər və pilotsuz dəniz vasitələri ilə həyata keçirilir. Oktyabr ayında Rumıniya sahilləri yaxınlığında bir neçə ticarət gəmisinin zədələnməsi təhlükələrin Ukrayna limanlarından kənara yayıldığını göstərir.

Gəmiçilik şirkətləri regionda fəaliyyətlərini məhdudlaşdırır, sığorta xərcləri isə kəskin artır. Bəzi hallarda hərbi risklər üzrə sığorta haqqının gəminin dəyərinin 15 faizinə çatdığı bildirilir. Bu da yükdaşımaların bahalaşmasına və alternativ marşrutlara tələbatın artmasına səbəb olur.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının məlumatına görə, təhlükəli sularda fəaliyyət göstərən gəmilərin heyətlərində Azərbaycan, Suriya, Misir və digər ölkələrdən olan dənizçilər də çalışırlar. Hücum təhlükəsi ilə yanaşı, naviqasiya sistemlərinə müdaxilələr və dəniz minaları onların iş şəraitini daha da çətinləşdirir.

Qara dənizdə yaranmış vəziyyət beynəlxalq ərzaq ticarətinə də mənfi təsir göstərir. Ukraynanın dəniz yolu ilə kənd təsərrüfatı məhsulları ixracı avqust ayında 1,4 milyon tona qədər azalıb. Limanların fəaliyyətində fasilələr, nəqliyyat xərclərinin yüksəlməsi və gəmilərin çatışmazlığı taxıl daşımalarını çətinləşdirir.

“Financial Times”ın araşdırmasında vurğulanır ki, Qara dənizdə təhlükəsizlik böhranının davam etməsi beynəlxalq ticarətə, enerji və ərzaq təchizatına, eləcə də dənizçilərin təhlükəsizliyinə ciddi risklər yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM