satellite   Azerspace-1: 11135 H 30000

İran rəsmisi: Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndələri Tehranda danışıqlar aparacaqlar

İran rəsmisi: Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə nümayəndələri Tehranda danışıqlar aparacaqlar

İranın Ali Milli Təhlükəsizlik Şurası baş katibinin müavini Əli Bakiri dövlət televiziyasının efirində bildirib ki, Məkkə Alyansının üzvləri olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən yüksəkvəzifəli şəxslər Qərbi Asiyada yerli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi çərçivəsində Tehrana səfər edəcəklər.

NTV xəbər verir ki, Bakirinin sözlərinə görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistanın Ordu Qərargah rəisi Asim Munir və Türkiyənin yüksəkvəzifəli rəsmisi Tehranda keçiriləcək görüşdə iştirak edəcəklər. Bu şəxslər İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi ilə danışıqlar aparacaqlar.

O iddia edib ki, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. O əlavə edib ki, İran xarici güclərin bölgəyə müdaxiləsinə və təsirinə qarşıdır.

Bakiri görüşün tarixi barədə məlumat verməsə də, İran mediası müzakirələrin oktyabrın 26-da baş tutacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM