satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb

Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 984 daşınmaz əmlak obyektinə yeni ünvan verilib.

NTV xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Hesabat dövründə yeni ünvan verilmiş obyektlərdən 673-ü torpaq sahəsi, 108-i mənzil, 93-ü fərdi yaşayış evi, 66-sı qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.

Bundan başqa, 9 ayda ümumilikdə 6 924 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2 481-i texniki pasport, 4 443-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM