satellite   Azerspace-1: 11135 H 30000

Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub

Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını medalsız başa vurub.

NTV-nin məlumatına görə, 25 yaşlı idmançı təsəlliverici görüşdə Markus Raqqinqerə (Avstriya) uduzub.

Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Bu gün yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə başlayacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM