satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya və ABŞ birgə hava qüvvələri təlimləri keçirir

Cənubi Koreya və ABŞ birgə hava qüvvələri təlimləri keçirir

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri Koreya yarımadasının cənubunda “Azadlıq Bayrağı” adlı birgə təlimlər keçirir.

NTV  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Noyabrın 6-dək Kunsan aviabazasında keçirilən təlimlərdə qırıcı və kəşfiyyat təyyarələri, helikopterlər, eləcə də pilotsuz uçuş aparatları iştirak edir.

Təlimlərin məqsədi iki ölkənin hərbi heyətinin döyüş hazırlığını artırmaq, müdafiə əməliyyatlarını və düşmən təyyarələrinin ələ keçirilməsi üzrə bacarıqlarını təkmilləşdirməkdir.

Qeyd edək ki, “Azadlıq Bayrağı” təlimləri ildə iki dəfə keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM