Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
NTV xəbər verir ki, Nihat Məmmədli (63 kiloqram) ABŞ təmsilçisi Xavyer Consonla, İslam Abbasov (87 kiloqram) türkiyəli Ali Cengizlə qarşılaşacaq. Həsrət Cəfərov (67 kiloqram) isə ilk mərhələdən azaddır.
Bu gün, həmçinin Murad Əhmədiyev (97 kiloqram) təsəlliverici qarşılaşmada Markus Raqqinqerlə (Avstriya) güləşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.
Mundiala noyabrın 1-də yekun vurulacaq.
