satellite   Azerspace-1: 11135 H 30000

Koalisiya qüvvələri Ər-Riyad üzərində husilərə məxsus ballistik raketi məhv edib

Koalisiya qüvvələri Ər-Riyad üzərində husilərə məxsus ballistik raketi məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Ər-Riyada atılan ballistik raketi məhv edib.

NTV xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Turki əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, raket Yəməndəki “Ənsar Allah” (Husi) hərəkatının silahlıları tərəfindən atılıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi hadisə ilə əlaqədar Ər-Riyad sakinlərinə mümkün təhlükə barədə xəbərdarlıq edib. Daha sonra xəbərdarlığın ləğv olunduğu açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM