satellite   Azerspace-1: 11135 H 30000

Bundesliqa: “Bavariya” səfərdə “Frayburq”a qalib gəlib

Bundesliqa: “Bavariya” səfərdə “Frayburq”a qalib gəlib

Bundesliqanın 7-ci turunda “Bavariya” klubu səfərdə “Frayburq” ilə qarşılaşıb.

 

NTV xəbər verir ki, görüşdə Münxen təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Bavariya” ilk hissədə Dayo Upamekano (16) və Sergio Qnabrinin (42) qolları ilə üstün olun. Matçın 82-ci dəqiqəsində münxenlilərin müdafiəçisi Tom Bişop avtoqolla yadda qalıb - 2:1. Oyunda son nöqtəni qarşılaşmanın 90+5-ci dəqiqəsində Maykl Olise vurub - 3:1.

 

Günün digər oyununda “Hoffenhaym” öz meydanında “Bayer Leverkuzen”in qapısından üç cavabsız top keçirib.

 

Xatırladaq ki, turun digər görüşləri aşağıdakı nəticələr qeydə alınıb:

 

“Leypsiq” – “Elversberq” – 4:0

 

“Auqsburq” – “Union Berlin” – 1:1

 

“Maynts” – “Verder Bremen” – 2:3

 

“Köln” – “Şalke” – 0:0

 

“Paderborn” – “Hamburq” – 1:0

 

“Borussiya Dortmund” – “Ayntraxt Frankfurt” – 1:0

 

“Ştutqart” – “Borussiya Mönxenqladbax” – 2:3

 

Beləliklə, 7 turdan sonra “Bavariya” 17 xalla Bundesliqaya liderlik edir. Eyni xal toplayan “Borussiya Dortmund” ikinci sırada qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM