NTV xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov vəfat edib.
1960-cı ildə anadan olan Nadir İsmayılov 1981–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə başlayan Nadir İsmayılov müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru vəzifələrində çalışıb. O, 1996–2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinəsinin müdiri, 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib.
Uzunillik pedaqoji fəaliyyəti ilə seçilən Nadir İsmayılov gənc nəslin təlim-tərbiyəsinə və universitetin elmi-pedaqoji həyatına mühüm töhfələr verib.
