satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

Oktyabrın 24-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Oryol şəhərində “Tolyattikauçuk” zavodunu, “Proton-Elektrotex” ASC-ni və Yeysk aerodromundakı təyyarəni vurub.

NTV  bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.

Məlumata görə, Rusiyanın Oryol vilayətinin Oryol şəhərində yerləşən “Proton-Elektrotex” ASC-nin əsas istehsal binası vurulub.

Bu, Rusiya ordusunun Ukrayna şəhərlərini vurmaq üçün istifadə etdiyi qanadlı və ballistik raketlər üçün komponentlərin istehsalını çətinləşdirir.

“Proton-Elektrotex” ASC Rusiyanın kristallardan hazır məhsullara qədər tam istehsal dövrünə malik aparıcı optoelektron avadanlıq və cihaz istehsalçısıdır. Bunlara S-71 “Kovyor” qanadlı raketləri üçün modullar və 9M723 “İsgəndər-M” ballistik raketləri üçün inverter açarları daxildir. Əməkdaşlıq çərçivəsində şirkət, həmçinin “Pantsir-S1” yer-hava raket sistemlərinin və onların modifikasiyalarının istehsalında iştirak edir.

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərindəki “Tolyattikauçuk” zavoduna da ziyan dəyib. Onun yaxınlığında partlayış və yanğın baş verdiyi bildirilib.

Bundan əlavə, Rusiyanın Krasnodar diyarındakı Yeysk aerodromunda təyyarə də vurulub. Zərərin miqyası müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM