satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada payız fırtınası fəsadlara səbəb olub

Almaniyada payız fırtınası fəsadlara səbəb olub

Almaniyada ilin ilk güclü payız fırtınası bir sıra fəsadlara səbəb olub, bir neçə nəfər ağır xəsarət alıb, dəmir yolu nəqliyyatında fasilələr yaranıb.

NTV xəbər verir ki, “Luise” adlı fırtına ötən gün xüsusilə ölkənin qərb və cənub-qərb bölgələrində fəsadlara səbəb olub. Reynland-Pfalts əyalətinin Nastetten şəhərində konstruksiyanın aşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Güclü külək dəmir yolu xətlərində də problemlər yaradıb. Aaxen şəhəri yaxınlığında 280 sərnişinin olduğu şəhərlərarası sürət qatarı elektrik şəbəkəsindəki nasazlıq səbəbindən yolda qalıb və dizel lokomotivi ilə vağzala çəkilib. Bir sıra şəhərlərdə ağaclar aşaraq yolları və dəmir yolu xətlərini bağlayıb.

Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, bazar günü Şimal dənizi sahillərində küləyin sürətinin saatda 100 kilometrə çatması, ayrı-ayrı ərazilərdə isə qasırğa gücündə küləyin əsməsi gözlənilir. Hamburqda daşqın təhlükəsi də var.

Güclü külək səbəbindən Helqoland adasına həftəsonu sürətli bərə reysləri ləğv edilib. Hava şəraitinin bazar ertəsi sabitləşəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM