satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə müdafiə sənayesinin ixrac həcmi bir il ərzində 20 faizdən çox artıb

Türkiyə müdafiə sənayesinin ixrac həcmi bir il ərzində 20 faizdən çox artıb

Türkiyənin hərbi-sənaye kompleksi (HSK) üçün aktiv ixrac müqavilələrinin həcmi 15 milyard dolları keçib. Ölkənin müdafiə məhsulları artıq 185 ölkəyə ixrac olunur. Ötən il ümumi xarici ixracın 56 faizi Aİ və NATO ölkələrinin payına düşüb ki, bu da Türkiyə texnologiyasının keyfiyyətini və ona olan etimadı nümayiş etdirir.

 

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin Heyətinin rəhbəri professor Haluk Gergün bildirib.

 

O qeyd edib ki, təkcə son bir ildə Türkiyənin hərbi-sənaye kompleksinin ixracı 20 faizdən çox artıb.

 

“Hazırda ölkəmizin müdafiə ehtiyaclarının 80 faizdən çoxu yerli şirkətlər tərəfindən ödənilir. Türkiyə hərbi-sənaye kompleksindəki bütün inkişaflar NATO standartlarına uyğundur. Hərbi-sənaye kompleksində çalışanların orta yaşı cəmi 34 ildir ki, bu da Türkiyənin işçi qüvvəsi üçün əhəmiyyətli bir üstünlükdür”, - deyə Haluk Gergün bildirib.

 

Beynəlxalq əməkdaşlıq perspektivlərinə gəldikdə, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri bu yaxınlarda Dohada Türkiyə, Pakistan, Qətər və İndoneziya rəsmilərinin iştirakı ilə imzalanmış Müdafiə Əməkdaşlığı üzrə dördtərəfli Anlaşma Memorandumuna istinad edib. O bildirib ki, bu cür sənədlər müdafiə sənayesi ixracatını genişləndirmək üçün stimul yaradır.

 

Qarşıdakı dövr üçün planlardan danışan idarə rəhbəri qeyd edib ki, Ankara təkcə öz müdafiə ehtiyaclarını təmin etməyi deyil, həm də dost və müttəfiq ölkələrə tədarükü artırmağı hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM